28 Mart 2025 / 20:44

Qaqauzun rəhbəri seçki saxtakarlığına görə həbs edildi

Maraqlı hadisə baş verib: Moldova Qaqauz Muxtar Respublikasının rəhbəri Yevgeniya Qutsul cinayət işi üzrə həbs edilib. Belə ki, həbs qərraı prokurorların tələbi ilə baş verib və 20 sutka müddətinə qərralaşıb. Tezadlar.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kişinyov rayon məhkəməsi qərar verib. Sitat: “Yevgeniya Qutsula qarşı 20 sutka müddətinə həbs qətimkan tədbirinin tətbiqi barədə vəsatət qismən təsdiq edilsin”.

Xatırladırıq ki, Qaqauziyanın rəhbəri martın 25-də axşam saatlarında Kişinyov hava limanında İstanbula uçuş üçün qeydiyyatdan keçərkən saxlanılıb. Milli Antikorrupsiya Mərkəzi onun 72 saat həbsdə saxlandığını elan edib. Qutsul 2023-cü ildə Qaqauziyada keçiriləcək prezident seçkiləri üçün seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb. Onun kassasiya şikayəti verdiui də bildirilir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!