6 Mart 2026 / 08:22

Qara çörəyin qiyməti alıcıda şok yaratdı- İNANILMAZ

Bir müddətdir dükanlarda “Qara çörək” adı ilə qapqara çörək məhsulu satılır. Lakin yaşlı nəsil həmişə bunun təbii qara çörəkdən tamamilə uzaq olduğunu bildirir. Çünki dükanlarda rast gəlinən qara çörək qapqara rəngdə olur. Axı çovdarda, arpa və ya buğdada belə rəngdə maddi nəsə olmur. Bəs bu qapqara rəng necə əldə edilir? Bəzən həkimlər şəkər xəstələrinə qara çörək yeməyi məsləhət görürlər. Amma həkimlər belə çörəklərin tərkibindən nə dərəcədə məlumatlıdırlar? Bəlkə belə çörəklər xəstəyə ziyandır?!
Sosial media istifadəçisi Əlövsət Əmirbəyli özünün platformasında yazır: “Dünən işdən sonra qara çörək almaq üçün tələsik “Araz” marketə girdim. Aldığım qara çörəklə çörəklə kassaya yaxınlalaşdım. Kassada oturan qız 5 manat 90 qəpik( təxminən 4 dollara yaxın) ödəməli olduğumu bildirdi. Mən əvvəlcə gənc qızın nə dediyini anlamadım. Bir daha təkrarladım ki, nə qədər ödəməliyəm? “5 manat 90 qəpik”, -deyə təkrar mənə bildirdi. Adi qara çörək bu qiymətə olarmı? Bəlkə yanlışlıq var, deyə soruşdum. Xanım da mənə bildirdi ki, bu “İvanovka” çörəyidir. Qiyməti odur.
70 il İvan bizə zülm etmişdi, amma bu “İvan-ovka” qədər təsir etməmişdi.  Bir anlığa İranın Naxçıvanı dronla vurmasını xatırlayıb, özüm-özümə dedim ki, yəqin dronun təsirindəndir, bu qədər baha satılır. Allah bu milləti çörəklə imtahana çəkməsin”.

XXX

Bəliş bu qiymətə çörək olmaz! Şəkildə təsvir edilən çörəyin üzərində isə istehsalçının kimliyi bəlli deyil. Bu isə şübhələri daha da artırır. Elə sosial şəbəkə istifadəçilərindən biri də qara çörəyin qiymətinin bahalığından şikayətçi alıcıya məsləhətində deyir: “Siz gələn dəfə kənddən qara un alıb evdə bişirtdirin. Məndə olan məlumata görə, adı “qara çörək” olur, amma dükanlardan qayıdan çörəkləri üyüdüb təkrar kəpək qatıb rəngini palçıqvari edirlər. Rəng də qatılır… Heç 41-45- də bu rəngdə çörək olmayıb. Onu hansı buğdadanş çovdardan, darıdan, arpadan… düzəldirlər? Adı çəkilən taxılda bu rəhgdə nəsə olurmu?”.

Əməkdaşımız İsmayıllının İvanovka kəndindəki tanışına zəng vurub şəkildə təsvir olunan “İvanovka” çörəyinin istehsalı ilə maraqlanıb. Qarşı tərəf bildirib ki, bu, İvanovkanın adından sui- istifadədir və çovdardan bu cür qapqara çörək əmələ gəlmir!

Bax belə…

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!