Qara Dənizin Bolqarıstan sahillərində batan Somali bayrağı altında üzən “BETUL 8” yük gəmisinin bütün 12 ekipaj üzvü xilas edilib. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilib ki, xilas edilənlərdən 4-ü Azərbaycan, 8-i isə Türkiyə vətəndaşıdır. İlkin ehtimala görə, gəminin batmasına partlayış səbəb ola bilər.
Dənizdəki minalara dəyən gəmi dərhal zədələnib, yanğın başlayıb. Yükün nədən ibarət olması hələki açıqlanmır.







