24 İyul 2025 / 10:49

“Qarabağ” bu azarkeşlərə təşəkkür edir-FOTOLAR

Xəbər verdiyimiz kiki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi “Şelburn”a böyük hesabla qalib gəlib. Tezadlar.az bildirir ki, Dublindəki “Tolka Park” arenada baş tutan görüşdə Ağdam kollektivi 3:0 hesablı qələbəyə sevinib. Komandamızın heyətində Leandro Andrade (13), Aleksey Kaşuk (81) və Nəriman Axundzadə (85) fərqləniblər.

“Qarabağ” komandası əcnəbi meydanda onları dəstəkləyən azarkeşlərə təşəkkür ünvanlayıb. Aşağıda həmin azarkeşlərin fotoşəkillərini təqdim edirik ki, hamı tanısın!

Xatırlatma: komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək. Növbəti tura adlayan tərəf III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!