Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək…
Tezadlar.az CBC-sport-a istinadla bildirir ki, Komanda G qrupunun III turunda Yunanıstanda “Olimpiakos”un qonağı olacaq. “Georgios Karaiskakis” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək. Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.
Beləliklə, bu gün 6 oktyabr:
23:00. “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina)
Pirey, “Georgios Karaiskakis”
Komandamıza uğurlar arzu edirik və inanırıq ki, bu gün rəqibinə lazım olan dərsi verəcək…
A.Məmmədli