Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə bu gün yekun vurulacaq.
Tezadlar.az xatırladır ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq. Ağdam təmsilçisi Cəbəllütariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirəcək. Qurban Qurbanovun kollektivi rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək. Albaniyalı hakim Eldorjan Hamitinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək. Bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
19 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq)
Baş hakim: Eldorjan Hamiti (Albaniya)
Bakı Olimpiya Stadionu