17 Mart 2026 / 17:42

“Qarabağ” heyətini gücləndirir: İki yeni legioner və yay transfer planı

İki nigeriyalı futbolçunun “Qarabağ” Futbol Akademiyasına baxışa gələcəyi vaxt müəyyənləşib.

Tezadlar.az xəbər verir ki, barədə akademiyanın baş koordinatoru Aftandil Hacıyev bildirib.

Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetoro yaxın 2-3 gün ərzində Bakıda olacaqlar. Əks təqdirdə, həmin futbolçuların gəlişi ən geci martın sonuna təsadüf edəcək.

Afrikalı oyunçular A.Hacıyev tərəfindən “Obasa Cup” turnirində kəşf edilib. O, bu məqsədlə iki ay öncə Nigeriyaya yollanıb, bir həftə ərzində yarışı izləyib.

Müsahib deyib ki, orada 17-18 yaşlı 8 nəfəri bəyənib:

”Mənim diqqətimi çəkən oyunçuların digər hissəsi yayda Azərbaycana gələcək. Təşkilati məsələlər onlar tərəfindən həll olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!