Əsas məzmuna keç

“QARABAĞ”IN RƏQİBİ BƏLLİ OLDU

2022/2023-cü il mövsümündə futbol üzrə Çempionlar Liqasının birinci təsnifat mərhələsində püşkatma nəticəsində Ağdamın “Qarabağ” klubunun rəqibi Polşanın “Lex” komandası olub.

İsveçrənin Nyon şəhərində keçirilən bugünki püşkatma zamanı “Qarabağ” bu mərhələdə ən yüksək reytinqə malik olan komanda kimi  “ələnmiş komandalar” səbətinə daxil edilib.

İlk oyun 5 və ya 6 iyul tarixində Poznanda, cavab maçı bir həftə sonra Bakıda keçiriləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…