Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov mütaliəsi” forumunda bildirib. “Başa düşürəm ki, indi çoxları Dağlıq Qarabağın statusu məsələsinin həll edilməmiş
qalmasından danışır. Bu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə qəti olaraq razılaşdırılmalıdır. Hazırki mərhələdə isə həmsədrlər, yəqin ki, status problemini qaldırmaq yerinə, etimad tədbirlərinin möhkəmlənməsinə, humanitar məsələlərin həllinə, ermənilərin və azərbaycanlıların yenidən təhlükəsizlik və iqtisadi rifah şəraitində birgə yaşamaya başlamasına yardım etməlidirlər. Və onda, sizi inandırıram ki, iki-üç il sonra, belə bir yaşayışı təşkil etsək, bütün status problemləri daha asan həll ediləcək”, -deyə TASS agentliyi Rusiya Federasiyası xarici işlər nazirindən sitat gətirir.