UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” Bakıda “Şkendiya”nı qəbul edib. Tezadlar.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşdə meydan sahibləri rəqiblərini 5:1 hesabı ilə darmadağın edib.
Bununla da, “Qarabağ” ₼Çempionlar Liqasının “play-off” mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Komandamıza bu yolda daha böyük uğurlar arzulayırıq.







