Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 sentyabr Anım Günü ilə bağlı “X” hesabında paylaşım edib. Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, paylaşımda deyilir: “Dostumuz, qardaşımız, sevimli Azərbaycanımızın anım günündə Qarabağı və işğal olunmuş Azərbaycan torpaqlarını böyük qəhrəmanlıqla azad edən şəhidlərimizi rəhmətlə yad edir, veteranlarımıza ehtiramımı bildirirəm. Qarabağ sonsuza qədər Azərbaycandır!”
“Qarabağ sonsuza qədər Azərbaycandır!”- ƏRDOĞAN






