Əsas məzmuna keç

“QARABAĞ” YARIMMÜDAFİƏÇİSİNİ BELƏ YOLA SALDI

Artıq Ağdamın “Qarabağ” klubunun braziliyalı yarımmüdafiəçisi Kadi Borgesin Rusiyanın “Krasnodar” klubuna keçidi rəsmiləşib.

Futbolçunun yeni komandası ilə uzun müddətə – 2026-cı il iyunun 30-dək müqavilə imzaladığı bildirilir.

 Tezadlar.az xəbər verir ki, “Qarabağ” klubu braziliyalı yarımmüdafiəçisini təşəkkür edərək yola salıb. 

“Təşəkkürlər, Kadi Borges!

Kadi Borgesə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq. Təşəkkürlər, Kadi!”, – deyə klubun paylaşımında qeyd edilir.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…