Əsas məzmuna keç

Qarabağda üçrəngli bayraq fəxr mənbəyidir

Cənubi Qafqazın perspektivi münaqişələrdə deyil, sülh, təhlükəsizlik, əməkdaşlıq və rifah məkanında formalaşmalıdır.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakının düşmən işğalından azad edilməsinin 108-ci ildönümünə həsr olunmuş tədbirində çıxışı zamanı deyib.

O, Azərbaycan ilə Ermənistan arasında dayanıqlı sülhün bərqərar olunması yolunda atılan konstruktiv addımları dəstəklədiklərini bildirib:

“Cənubi Qafqazın yeni sülh və tərəfdaşlıq mərhələsinə keçməsini arzulayırıq. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər zamanı Türkiyə xalqı və dövləti bütün imkanları ilə dəstək göstərib. Bu gün Şuşada, Xankəndidə və Qarabağın hər bir guşəsində üçrəngli bayrağın dalğalanması yalnız Azərbaycan deyil, bütöv Türk dünyası üçün böyük fəxr qaynağıdır”.

Yaşar Gülər hazırda Türkiyə ilə Azərbaycan arasında əlaqələri tarixin ən yüksək zirvələrindən biri kimi xarakterizə edib:

“İki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq əhəmiyyətli inkişaf mərhələsi keçib. Silahlı qüvvələrimiz təlimlərdə, hərbi təcrübə paylaşımında, minatəmizləmə əməliyyatlarında, müdafiə sənayesi və texnologiya layihələrində sıx qarşılıqlı fəaliyyət göstərirlər. Bu möhkəm tərəfdaşlığın kökündə isə 1918-ci ildə yaranmış silahdaşlıq və qardaşlıq ruhu durur”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…