Əsas məzmuna keç

“Qarabağ”da yeni transfer: Azad agent kimi heyətə qatılır

“Qarabağ” Kipr klubu “Omoniya”nın vingeri Jali Muaddib Atdam ilə mövsümün sonu üçün razılığa gəlib.

Tezadlar.az xəbər verir ki, bu barədə məlumatı Kipr mətbuatı yayıb.

25 yaşlı sol cinah oyunçusu azad agent kimi Ağdam klubuna keçəcək.

“Lill”in yetirməsi cari mövsümdə Kipr çempionatında keçirdiyi 22 matçda 2 qol və 3 asistlə yadda qalıb.

Fransanın 19 yaşlılardan ibarət yığmasının şərəfini qorumuş 25 yaşlı müdafiəçi millidə bir qol da vurmağa macal tapıb. ”

Mouaddib yüksək sürəti və gözəl texnikası ilə seçilən futbolçudur. Futbolçunun transfer dəyəri 375 min avrodur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…