Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin “Proyapı” şirkəti Qarabağda yol infrastrukturu tikintisinin yaxın
üç il ərzində başa çatacağını gözləyir. TEZADLAR.AZ xəbər verir ki, bunu trend-ə şirkətin layihə meneceri Volkan Topaloğlu deyib.
Onun sözlərinə görə, “Proyapı” 20 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində avtomobil və dəmiryolu nəqliyyatı sahəsində bir sıra layihələr reallaşdırıb:
“Hazırda biz Qarabağda layihələrin reallaşdırılmasında iştirak edirik. Artıq “Zəfər yolu”nun tikintisi başa çatıb. Eyni zamanda Əhmədbəyli-Füzuli-Şuşa avtomagistralının tikintisi davam edir. Biz həm də Xudafərin-Qubadlı-Laçın, Xanlıq-Qubadlı, Toğanalı-Kəlbəcər, Kəlbəcər-Laçın, Əhmədbəylli-Horadiz-Mincivan-Ağbənd avtomobil yollarının tikintisi çərçivəsində məsləhət və layihələndirmə xidmətləri göstəririk”.