21 Mart 2026 / 11:55

“Qarabağ”dan kəskin reaksiya: Şərhə ehtiyac yoxdur, hər şey aydın görünür

Tezadlar.az xəbər verir ki,  “Qarabağ”ın hücumçusu Musa Qurbanlı Premyer Liqanın 25-ci turunda “Kəpəz”ə məğlub olduqları (0:1) qarşılaşmadan sonra açıqlamasında bildirib.

23 yaşlı forvard ilk olaraq görüş barədə danışıb:

“Əlbəttə, üzgünük. Çempionluq yolunda qələbə bizə çox lazım idi. İstəməzdik belə olsun. Meydana qələbə üçün çıxmışdıq. Qələbə qazanmalı idik. İlk növbədə günahı özümüzdə axtarmalıyıq. Xeyirlisi, nə demək olar”.

Qurbanlı “Kəpəz”in layiqli mübarizə apardığını bildirib:

“Kəpəz” yaxşı mübarizə apardı. Haqqını vermək lazımdır. Cəsarətli futbol oynadılar. Sona qədər vuruşdular. Qələbəni haqq edirdilər.

Təbii ki, bizim də hardasa çatışmazlığımız olub ki, qələbə qazana bilmədik. Günahı özümüzdə axtarmalıyıq. Səhvlərimizin üzərində işləməliyik. Düzdü, başqa nüanslar olsa da, əsas odur biz öz səhvlərimizə baxaq”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!