21 Mart 2026 / 00:29

“Qarabağ”ın 5 futbolçusu milli komandaya çağırıldı – Siyahı

Tezadlar.az xəbər verir ki, Azərbaycan milli komandasının qarşıdakı oyunlar üçün heyəti açıqlanıb. “Qarabağ” FK-nın 5 aparıcı futbolçusu yığmaya dəvət alıb.

“Atlılar”ın mətbuat xidmətindən verilən məlumata görə, “FIFA Series – 2026” çərçivəsində keçiriləcək oyunlarda iştirak etmək üçün Ağdam təmsilçisinin aşağıdakı futbolçuları heyətə daxil edilib:

Şahrudin Məhəmmədəliyev

Bədavi Hüseynov

Elvin Cəfərquliyev

Toral Bayramov

Musa Qurbanlı

Qeyd edək ki, “FIFA Series – 2026” layihəsi çərçivəsində millimiz müxtəlif konfederasiyaların komandaları ilə gücünü sınayacaq. “Qarabağ” klubu rəsmi sosial media hesabları vasitəsilə futbolçularına və milli komandaya uğurlar arzulayıb.

Xatırladaq ki, Azərbaycan millisi bu turnir çərçivəsində bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırır.

Səbinə Bağırova

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!