Əsas məzmuna keç

“Qarabağ”ın futbolçusu həftənin ən yaxşıları arasında

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turu üzrə rəmzi heyətə daxil edilib.

Tezadlar.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionunun üzvü həftənin ən yaxşı futbolçuları sırasında yer alıb.

O, bu uğura Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən oyundakı performansı ilə nail olub. Ağdam klubu sözügedən qarşılaşmada doğma meydanda rəqibini 3:2 hesabı ilə məğlub edib.

Matçda 90 dəqiqə meydanda olan Elvin Cəfərquliyev bir məhsuldar ötürmə ilə yadda qalıb və oyunun ən fəal futbolçularından biri olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…