15 Mart 2026 / 14:13

“Qarabağ”ın liderliyini bu sözlərlə təsdiqlədi: “O, Azərbaycanın top-komandasıdır!”

Tezadlar.az xəbər verir ki, “Sabah”ın nigeriyalı legioneri Cesse Sekidika müsahibəsində deyib.

Sabiq “Qalatasaray”lı hücumçu komandasının Qəbələdə yerli komanda üzərində qələbə sayəsində yarımfinala yüksəldikləri oyundan sonra sualları cavablandırıb.

– Bu, nə oyun idi?

– Həqiqətən maraqlı və həyəcanlı qarşılaşma oldu. 2:0-dan sonra “Qəbələ”nin hesabı bərabərləşdirməsi matça əlavə rəng qatdı. Əlavə vaxtda yeni eyni ssenari yaşandı. Bəlkə də qələbə ilə barışdığımıza görə belə oldu. Ardıcıl iki matçda belə halla rastlaşırıq. Diqqətli olmalıyıq. Əsas odur ki, yarımfinaldayıq.

– “Qarabağ”la görüşdə 3, “Qəbələ”ylə oyunda 2 top fərqi ilə öndə olsanız da, qələbə hesabını qoruya bilməməyinizin səbəbi nədir? Arxayınlıq?

– “Qarabağ”la matçda bəlkə də arxayınlıq ola bilərdi. Lakin həmin gün başımıza gələnlərdən dərs çıxarmışdıq. Bu dəfə daha diqqətli olmağa çalışırdıq. Futbola belə hallar qaçılmazdır. Futbolun gözəlliyi də elə bundadır. Bu kimi məqamlarda inkişaf etməliyik, sayıqlığı əldən verməməliyik. Ən vacibi, buraxdığımız səhvlərdən dərs çıxarmalıyıq.

– Penalti seriyasında hansı hisləri keçirirdin? Yarımfinala yüksələ bilməyəcəyinizlə bağlı qorxu var idi?

– Xeyr, qətiyyən! Əksinə, çox rahat idim. Zərbəni vuracaq futbolçuların ustalığına və dəqiqliyinə güvənirdim. Bilirdim ki, mərhələni adlayacağıq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!