Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Qarabağ”ın heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.
Tezadlar.az xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstanın “Levski” klubunda çıxış edən Mustafa Sanqare ilə maraqlanır.
“Köhlən atlar” 27 yaşlı hücumçunu ilk növbədə yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Lakin Malidən olan forvardın Sofiya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Bu səbəbdən də Ağdam klubu futbolçunun transferi üçün qarşı tərəfə müəyyən məbləğ ödəməli olacaq. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Sanqare cari mövsüm Bolqarıstan çempionatında 20 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.