Əsas məzmuna keç

“Qarabağ”lı futbolçuların bazar dəyəri artdı

Məşhur “Transfermarkt” portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yeni bazar dəyərini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, ölkə çempionatımızın ən bahalı oyunçusu “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradedir.

Onun bazar dəyəri 3 milyon avrodur. Kabo-verdeli oyunçunun qiyməti 500 min avro qalxıb.

Ağdam təmsilçisinin hücumçusu Nəriman Axundzadənin də dəyəri yarım milyon avro artıb. Onun bazar qiyməti hazırda 2,5 milyon avrodur.

Axundzadənin komandası yoldaşı Kadi Borges də eyni dəyərə malikdir.(Teleqraf)

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…