2 Noyabr 2025 / 12:55

Qaradağda Süleyman Mikayılovun müavini və daha 3 nəfər rüşvətlə tutulur, özü isə…

Bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Tezadlar.az xəbər verir ki, əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb. Saxlanılan Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs edilib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.

Maraqlıdır, necə olur ki, icra başçı  Mikayıl Süleymanov 15 ildir bu dəstənin başçısıdır, onun müavini, idarə və şöbə rəisləri dəstə halında rüşvət alır, amma İcra başçısının özünün bu hoqqalardan xəbəri olmur?! Tezadlar.az -a verilən məlumata görə, onun özünün də nəzarət altlnda saxlanıldığı bildirilir.

Dərs olmur! Yüz dəfə deyilir ki, bu camaatı incitməyin, dövlət və bələdiyyə fondundakı torpaqları satmayın! Amma satırlar, alırlar, verirlər… İndi özlərini necə xilas etmək haqqında düşünürlər! Amma artıq gecdir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!