Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu səhər saatlarında Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində qəflətən torpaq uçqunu baş verib. Tezadlar.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində müəyyən edilib ki, qazıntı işləri aparılarkən torpaq qatı çöküb və nəticədə 2 nəfər torpaq altında qalıb. Xilasedicilərin operativ müdaxiləsi nəticəsində bir nəfər kişi xilas edilib. Digər şəxsin meyiti torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Təbii ki, bu bədbəxt hadisə fəhlələrin təhlükəsizlik qaydalarına ciddi əməl etməməsi səbəbindən baş verib. Dərinlikdə qazıntı aparanlar həmin ərazidəki torpaq qatının bərkliyini, uçquna meyilliliyini bilməli idilər…
A.Məmmədli