Əsas məzmuna keç

Qarşıdakı 4 ildə dövlət xərclərinin 7 ən prioritet istiqamətləri – Əli Əsədov açıqladı

Azərbaycanın 2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri açıqlanıb.

Tezadlar.az   xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Baş nazir qeyd edib ki, 2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri aşağıdakılardır:

– Dayanıqlı iqtisadi artımın dəstəklənməsi;
– İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;
– Müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
– Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası;
– Təhsilin və innovativ inkişafın dəstəklənməsi;
– Səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
– Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…