3 Noyabr 2025 / 10:13

Qarşıdan 4 istirahət günü gəlir- İSTİRAHƏTƏ HAZIRSINIZMI?

Qarşıdan Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl 4 istirahət  günü gəlir. Tezadlar.az  xatırladır ki, bu barədə Nazirlər Kabinetinin də qərarı var. Beləliklə, bu il 8 noyabr Zəfər Günü şənbə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü bazar gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bununla da  8, 9, 10 və 11 noyabr qeyri-iş günləri olacaq.

Xoş bayram istirahəti arzulayırıq!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!