Əsas məzmuna keç

QATİL HƏBSXANADAN QAÇIB

Primorsk diyarının Artyom şəhəri yaxınlığındakı İK-20 koloniya-qəsəbəsindən qətldə təqsirli bilinən şəxs qaçıb.

Tezadlar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin regional Baş İdarəsindən verilən məlumata görə, axtarışlara başlanılıb.

Söhbət 1981-ci il təvəllüdlü Vladimir İvçenkodan gedir.

“Rusiya Daxili İşlər Nazirliyinin Artyom şəhəri üzrə departamentinin şəxsi heyəti vətəndaş İvçenkonun axtarışına və saxlanılmasına yönəlib. Fövqəladə polis dəstələrinə fərari əlamətləri olan oriyentasiyalar göndərilib”, – məlumatda deyilir.

İvçenkonun harada olması barədə məlumatı olanlardan şəxsən və ya telefonla yaxınlıqdakı polis idarələrinə müraciət etmələri xahiş olunur.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…