Dünən DTX- nin rüşvət aldığı yerdə həbs etdiyi Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Tezadlar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Cənab Şəkiliyev 15 ildir at oynatdığı Qaxda ağlına gələn əməllərə rəvac verirdi… Bundan sonra həbsxanada, sağ qalsa, yol verdiyi o “at oynatma”larının niyə baş verdiyini saf- çürük etməyə ən azı 12-14 il vaxtı olacaq…
Xatırladaq ki, M.Şəkiliyev 2010-cu ildə bu vəzifəyə təyin edilmişdi.