Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məzahir Əliyev: «Mən dəfələrlə Maliyyə Nazirliyinə müraciət etsəm də, şikayətim “TƏBİB”ə göndərilir, yeyintilərlə bağlı Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Afiq Fərruxov tərəfindən özbaşnalıq davam edir…»
Qazax rayonunun Kəmərli kənd sakini Əliyev Məzahir Əhmədoğlu ikinci dəfədir ki, redaksiyamıza gələrək əlində olan mötəbər maddi sübutlarla dolu şikayətini təqdim edir. Söhbət Qazax Rayon Mərkəzi Xəstəxanasında baş verənlərdən gedir. Aşağıda həmin şikayətin qısa məzmununu təqdim edirik:
«Hörmətli “TƏZADLAR” qəzetinin və tezadlar.az portalının redaksiyası! Obyektivliyinizə inanaraq diqqətinizə çatdırıram ki, dəfələrlə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etsəm də, müraciətim baxılması üçün “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi”-nə (“TƏBİB”-ə), göndərilmişdir. Hansı ki, baş verən yeyintilərlə bağlı Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Afiq Fərruxov tərəfindən bugünkü günə qədər də özbaşnalıq davam edir. Sözü gedən xəstəxana daxilindəki inzibati şöbə, satın alma, Resurslar şöbəsi, mühasibatlıq və digərlərinin fəaliyyəti ciddi araşdırılmalı, yoxlanılmalıdır.
Söylədiyim faktlara görə bəri başdan deyirəm ki, özüm məsuliyyət daşıyıram. Belə ki, xəstəxanada tibb personalının (həkimlərin də) əksəriyyətinin adları getsə də, aylarla işə çıxmırlar, yaxud başqa yerdə çalışırlar. Sadəcə, adlarına pul yazılır… Bundan əlavə, mənim bir Çernobıl əlili olaraq, dövlət tərəfindən intiyazlarım olsa da, aylıq dərman ləvazimatları, müalicələr və müayinələrlə heç vaxt faydalana bilməmişəm. Eyni zamanda mənim ambulator kitabçamı bilərəkdən yoxa çıxardıblar. 30-dan yuxarı fərqli xəstəxanalarda yatdığım, həkimlər tərəfindən aldığım müalicələrlə bağlı bu vaxta qədər ambulator kitabçam bərpa olunmamışdır və həkimlərin səhlənkarlığı ucbatından 2022-ci ilin avqust ayında mənim müddətsiz əlillik dərəcəm dayandırılmışdır, çünki Ekspertiza və Reabilitasiya Agentliyinin daxili qaydalarına dair qeyd etdiyim diaqnozla bağlı hüquqi sənədlərı onlara təqdim edə bilmədim və bir il yarım təqaüdüm itirildi… Və bütün bu müalicələri və dərmanları məsbur olub öz şəxsi vəsaitimlə ödədim. Mən dəfələrlə “TƏBİB”-ə ərizə ilə müraciət etsəm də, tədbir görülmədi, ört-basdır olundu. 2025-ci ilin dekabr ayında mənə dəymiş ziyanın ödənilməsi barədə Qazax Rayon Mərkəzi Xəstəxanasına 50.000 manat maddi, mənəvi ziyan barədə rəsmi ərizə ilə ünvanlasam da, bu vaxta qədər mənə heç bir cavab verilməmişdir. Hazırda məhkəməyə sənəd də hazırlayıram.
Hal-hazırda Sizə müraciətimlə şikayətimin saytınızda işıqlandırılmasını Sizdən xahiş edirəm. Çünki xəstəxananın direktoru qanuni hüquq və imtiyazlarımı məhdudlaşdırmaqla, bu hüquqları pozmaqla məşğuldur.
Hörmətlə, Əliyev Məzahir Əhmədoğlu
Qazax rayonunun Kəmərli kəndi».
REDAKSİYADAN: ikinci dəfədir ki, xəstəxananın elektron sistemdə göstərilən telefonuna zəng etsək də, cavab verən yoxdur. Odur ki, qarşı tərəfin də göstərilən şikayətlə bağlı mövqeyini öyrənib dərc etməyə hazırıq.
(Aşağıda aidiyyəti dövlət qurumlarından şikayətçiyə verilən cavabları təqdim edirik).
«Təzadlar»

