Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Az əvvəl Qazaxda neftbazada partlayış baş verib. “Təzadlar”ın xüsusi müxbiri İlham Hacalı hadisə şahidlərinə istinadla bildirir ki, partlayış nəticəsində “zapravka Mamed”in bacısı oğlu tələf olub. Bir nəfər yaralanıb. Sitat: “Hazırda hüquq- mühafizə orqanları hadisə yerində araşdırma aparır. Əraziyə FHN qüvvələri cəlb edilib…”.
Qeyd edək ki, partlayış, yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verib. Yanğın hadisəsi ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Hadisə yerinə çevik olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətrafa yayılmasının qarşısı alınıb, qısa müddətdə məhdudlaşdırılması təmin olunaraq tam söndürülüb. Hadisə nəticəsində neft bazası sahəsində süzücü-doldurucu vəzifəsində çalışan İbrahimov Şamil Zabit oğlu həyatını itirib. O, Qazaxda “zapravka Mamed” kimi tanınan iş adamının bacısı oğludur. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Əlavə məlumat veriləcək.