Ötən gecə xilasedicilər briqadası Qazaxıstanın Ulitau vilayətində çökmüş mədənin dağıntılarını təmizləyərkən ölmüş 6 şaxtaçının meyitini tapıblar, digərinin axtarışı isə davam edir. Tezadlar.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Axtarış-xilasetmə əməliyyatları zamanı bir qrup xilasedici “Kazakhmys Corporation” MMC-nin 6 əməkdaşının meyitini aşkar edib. Onların şəxsiyyəti müəyyənləşdirilir. Hazırda hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində araşdırma aparılır. Yeddinci şəxsin axtarışları davam etdirilir”, – məlumatda deyilir.
Axtarış tədbirləri isə davam edir.