Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Kəpəz”in futbolçusu Veysəl Rzayevin taleyinə Misli Premyer Liqasının XXI turunda “Sabah”la keçiriləcək oyundan sonra aydınlıq gələcək.
Tezadlar.az xəbər verir ki, bunu açıqlamasında Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov deyib.
O, bir neçə gün əvvəl bıçaqlanan yarımmüdafiəçinin komandada qalıb-qalmayacağına aydınlıq gətirib:
“Bazar günü “Sabah”la oyunumuz var. Bu matçdan sonra dəqiqləşdirəcəyimiz detallar olacaq. Onun mövcud durumu, meydana qayıdacağı müddət və digər məqamlar nəzərə alınaraq qərar qəbul ediləcək”.
Qeyd edək ki, “Kəpəz” Veysəl Rzayevin transferini bu ilin yanvarında açıqlayıb. O, fevralın 3-də Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.