28 İyul 2025 / 11:30

Qərb Zelenskinin məqsədini belə açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski postunu saxlamaq üçün Ukrayna Silahlı Qüvvələrinin  mövqelərini qurban verməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bunu YouTube-da britaniyalı hərbi analitik Aleksandr Merkuris bildirib.

“Əgər Zelenski rusları ən azı bir neçə həftə və ya ay Kiyevdən uzaqlaşdırmaq üçün Ukrayna ordusunun mühüm mövqelərini qurban verməli olsa, bunu edəcək. Zelenskinin münaqişədə əsl məqsədi Ukrayna üzərində siyasi nəzarəti saxlamaqdır”, – analitik qeyd edib.

Merkurisin sözlərinə görə, Zelenskinin paytaxt üzərində nəzarəti itirəcəyi təqdirdə bu vəzifəni tutmaq hüququ şübhə altına alınacaq. Ekspert vurğulayıb ki, bu halda Ukrayna liderinin mövqeyi Qərbin dəstəyindən asılı olacaq və bundan artıq təbii ki, gözləmək mümkün deyil.

Bundan əvvəl Merkuris bildirib ki, Zelenski ABŞ-ın təsiri ilə Rusiya ilə danışıqların yeni raundunun keçirilməsini təklif edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!