Bu gün, iyulun 10-da Ukraynanın qərb vilayətlərində Rusiyanın “Şahed” tipli kamikadze dronları qeydə alınıb. Hazırda ölkənin yalnız bu hissəsində hava hücumu təhlükəsi elan edilib.
Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, saat 14:55-ə olan məlumata görə, Lvov, Ternopil, İvano-Frankivsk, Çernovtsı və Xmelnitski vilayətlərində təhlükə siqnalı verilib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, Çernovtsı vilayətində PUA Kitsman yaxınlığından keçərək Çernovtsıya doğru hərəkət edir. Ternopil bölgəsində pilotsuz təyyarə Berejanıya doğru hərəkət edir.
E.ŞİRİNOV







