Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın Sverdlovsk vilayətində istintaq orqanları 31 il əvvəl törədilmiş amansız qətllə bağlı cinayət işinin istintaqını yekunlaşdırıb.
Tezadlar.az yerli mediaya istinadla bildirir ki, 13 yaşlı iki məktəbli qızın zorlanması və öldürülməsi ilə bağlı iki kişi məhkəmə qarşısına çıxarılacaq, üçüncü müttəhim isə axtarışdadır.
İstintaqın məlumatına görə, cinayət 1994-cü ilin oktyabrında baş verib. Təqsirləndirilən şəxslərdən biri hazırda axtarışda olan əmisi ilə birlikdə 13 yaşlı qızı zorlayıb və qətlə yetirib.
Saxlanılmaqdan qorxduqları üçün qızın hadisədən xəbər tutan rəfiqəsini də aradan götürmək qərarına gəliblər. Bunun üçün onlar üçüncü cinayət ortağını cəlb ediblər. O da ikinci məktəbli qızı mənzilə çağırıb. Orada onu da zorlayıb və öldürüblər. Daha sonra hər iki qızın cəsədini Yekaterinburq yaxınlığındakı Çusovskoye gölünə apararaq yandırıblar.
Qismən yanmış qalıqlar aşkarlansa da, cinayətkarlar yalnız 30 il sonra müəyyən edilib.
İki təqsirləndirilən şəxsin işi yaxın vaxtlarda məhkəməyə göndəriləcək. Üçüncü müttəhim, şübhəlilərdən birinin əmisi ədalətdən gizlənməkdə davam edir.