Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən 14 nəfərin nəşi tapılıb. Tezadlar.az Türkiyə mediasına istinadla bildirir ki, hazırda qəza zamanı itkin düşən 6 nəfərin axtarışları davam edir. Tapılan hərbçilərin nəşi təyyarənin kabinəsinda aşkar edilib. Məlumata görə, qəza Gürcüstan–Azərbaycan sərhədinə təxminən 5 kilometr məsafədə baş verib. Təyyarənin Azərbaycan–Türkiyə marşrutu üzrə uçuş həyata keçirdiyi bildirilib. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi ilə aparılır. Bu maddə hava nəqliyyatının hərəkət və ya istismar qaydalarının pozulmasını və nəticədə insan ölümü ilə nəticələnən halları nəzərdə tutur.
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.