ABŞ-da “New York Times” qəzetinin mühəndislik üzrə rəhbəri Conatan Makkinsi Kaliforniyada baş verən atışmada öldürülüb. Onun qayınanası Şili Çen və qayınatası Şouyonq Canq qətllə əlaqədar saxlanılıblar.
Tezadlar.az xəbər verir ki, “New York Times” qəzetinin oyunlar kateqoriyasından məsul olan 40 yaşlı baş icraçı direktoru Conatan Makkinsi San-Fransiskoda idman kompleksinin dayanacağında baş verən atışmada öldürülüb.
Qayınatası və qayınanası saxlanılıb.
Nə baş verib?
Hadisə şənbə günü günortadan sonra San-Fransiskonun şərqində, Dublin şəhərindəki idman kompleksinin dayanacağında baş verib. Ərazidə patrul xidməti aparan polis məmuru Makkinsini yerdə güllələnmiş vəziyyətdə tapıb. Hadisə yerinə gələnlər 911-ə zəng edərkən, polisə yaxınlıqda dayanan 77 yaşlı qayınata Şouyonq Canq və qayınanası Şili Çeni də göstəriblər. Yaşlı cütlük qətl şübhəsi ilə hadisə yerində saxlanılıb.
Qətlin səbəbi qəyyumluq mübahisəsi olubmu?
Məhkəmə qeydləri Makkinsi ilə ayrılmış həyat yoldaşı Kendis Canq arasında şiddətli qəyyumluq mübarizəsinin olduğunu ortaya çıxarıb.
Boşanma dinləməsindən bir həftə əvvəl qətl
Qətlin Makkinsi və Canqın boşanma işi üzrə dinləmədən bir həftə əvvəl baş verdiyi bildirilir. Məhkəmə qeydlərinə görə, 2012-ci ildən bəri evli olan cütlüyün üç azyaşlı uşağı var.
Rəsmi sənədlərə görə, Canq 2023-cü ildə polisə şikayət ərizəsi verərək Makkinsini uşaqlarından birini itələməkdə və ümumiyyətlə sərt fiziki cəza metodlarından istifadə etməkdə ittiham edib.
Ötən ilin oktyabr ayında Makkinsi ayrıca məhkəmə işində də iştirak edib. Polisin məlumatına görə, Makkinsi uşaqlarından birini şillələdiyini etiraf edib və digərini təhlükəyə atmaqda da ittiham olunub.
“San Jose Mercury News” qəzeti ölümü zamanı girov müqabilində olan Makkinsinin ruhi sağlamlıq yönləndirmə proqramına yazılmağa çalışdığını bildirib.
Bu arada, Canq Makkinsiyə qarşı qadağa qərarı alıb. Makkinsi həyat yoldaşının ərizəsinə cavab olaraq, Canq-a qarşı da oxşar bir qərar tələb edib və boşanma üçün müraciət edib. Alameda Şəhər Məhkəməsinin sənədlərinə görə, Makkinsi daha sonra üç uşağı ilə daha çox vaxt keçirmək üçün müraciət edib. Keçən payızdan bəri, o, həftədə iki saat nəzarət altında onları görə bilirdi.
Agentliyin məlumatına görə, 2023-cü ilin yanvar ayında “The New York Times”a qoşulan Makkinsi San Fransisko Körfəzi Bölgəsindəki New York Times Oyunlarının mühəndislik direktoru idi.
ELBAR







