Qəzza zolağı üçün yaradılacaq beynəlxalq hərbi kontingentə Misirin rəhbərlik edəcəyi bildirilir.
Tezadlar.az-ın məlumatına görə, bu barədə “The Guardian” öz mənbələrinə istinadən xəbər yayıb.
Həmçinin qeyd olunur ki, ABŞ və Avropa ölkələri Qəzza üçün beynəlxalq kontingentin yaradılması və onun səlahiyyətlərini dəqiq müəyyən edən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarmağı planlaşdırır.
Vaşinqton isə kontingentin BMT mandatına malik olmasında israr edir.







