Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minib

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında atəşkəs razılaşmasının qüvvəyə mindiyini açıqlayıb.

“Atəşkəs razılaşması saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00-da – RED.) qüvvəyə minib”, – Tezadlar.az xəbər verir ki, İMQ mətbuat xidmətinin bəyanatında deyilir.

İMQ əlavə edib ki, “saat 12:00-a olan məlumata görə, İMQ qoşunları atəşkəs razılaşması və girovların qaytarılmasına hazırlıq çərçivəsində yenilənmiş dislokasiya xətləri üzrə mövqe tuturlar”.

İsrail Televiziyasının 12-ci kanalı Qəzza zolağında HƏMAS-ın saxladığı girovların azad edilməsi üçün 72 saatlıq geri sayımın başladığını bildirib.

Oktyabrın 10-na keçən gecə İsrailin baş nazirinin ofisi elan edib ki, İsrail hökuməti “bütün girovların – həm dirilərin, həm də ölülərin azad edilməsi haqqında sazişi” təsdiqləyib. Oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp İsrail və Fələstinin HƏMAS hərəkatının nümayəndələrinin Misirdəki danışıqlardan sonra sülh planının birinci fazası üzrə razılıq əldə etdiklərini açıqlayıb. Onun sözlərinə görə, bu mərhələ bütün girovların “yaxın gələcəkdə” azad edilməsini və İsrail qoşunlarının Qəzza daxilində razılaşdırılmış xəttə çıxarılmasını nəzərdə tutur.

Oktyabrın 9-da axşam İsrail hökumətinin sözçüsü Şoş Bedrosyan keçirdiyi brifinqdə anklavda atəşkəsin Nazirlər Kabinetinin bu razılaşmaları təsdiqləməsindən sonra 24 saat ərzində qüvvəyə minəcəyini açıqlayıb. Bu zaman İsrail qoşunları Qəzzanın mərkəzindən çəkiləcək və Zolaq daxilində razılaşdırılmış xəttə yerləşdiriləcək. Bedrosyan aydınlaşdırıb ki, anklav ərazisinin 53%-i İsrail ordusunun nəzarətində qalacaq. Daha sonra o, “72 saatlıq pəncərə açılacaq” deyib və bu müddət ərzində bütün israilli girovlar evlərinə qaytarılacaq. Bunun oktyabrın 13-də baş verəcəyi gözlənilir.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti