Əsas məzmuna keç

Qəzzada dağıntılar altından 75 cəsəd çıxarıldı

Qəzza zolağının Ed-Derej rayonunda mülki müdafiə qrupları üç ildir itkin düşmüş 75 nəfərin cəsədini tapıblar. Fələstinlilər yaxınlarını qucaqlayaraq göz yaşları içində vida ediblər.

Tezadlar.az xəbər verir ki, üç il davam edən gözləmədən sonra tonlarla dağıntılar altında basdırılmış ümidlər və nəhayət, yaxınlarının cəsədləri tapılıb.

İsrailin Qəzzada qırğınlarından üç il sonra Ed-Derej məhəlləsində dağıntılar altından 75 nəfərin cəsədi çıxarılıb.

Qəzza mülki müdafiə qrupları yanacaq və ağır texnika çatışmazlığına baxmayaraq, dağıntıları təmizləmə işlərini davam etdirir. Bu ağrılı mərasim, yaxınları üçün məzar daşı belə qoyulmadan üç ildir qəlbləri qırılan ailələrə təsəlli verib.

Şamlarla işıqlandırılan fotoşəkilləri əllərində tutan Qəzza qadınları və uşaqları, üç illik vidalarını dualarla söyləyiblər.

ELBAR

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…