Əsas məzmuna keç

Qəzzaya yardım aparan gəmidə saxlanılanlar arasında iki azərbaycanlı da var

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan şəxslər arasında 2 nəfər Azərbaycan vətəndaşı Pərvin Əzimov və Orxan Səmədzadənin saxlanıldığı məlumdur.

Tezadlar.az xəbər verir ki, bu barədə Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib

Ayxan Hacızadə qeyd edib ki, sözügedən vətəndaşlar gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar:

“İsraildəki Səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur”.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…