Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qırğızıstan Parlamentinə seçilən 90 namizədin ilkin siyahısına görə, parlamentin ən yaşlı üzvü Gülay Maşrapova olacaq.
Tezadlar.az Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, o, 10 oktyabr 1956-cı ildə anadan olub və hazırda 69 yaşındadır. Xanım Masrapova Oş vilayətinin Qara-Su rayonunun Bolşevik kəndində dünyaya göz açıb.
Gülay Maşrapova təqaüdçü kimi ərizəsini Qırğızıstan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edib. Maşrapova əvvəllər Qara-Su rayon təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.
Joqorku Keneşinin Prosedur Qaydalarının 8-ci maddəsinin 2-ci bəndinə əsasən, parlamentin ilk iclasını spiker seçilənə qədər sədr vəzifəsini icra edən ən yaşlı parlament üzvü açır.
Parlamentin ən gənc üzvü isə Bekmırza Çolponbaydır. O, 17 iyul 2000-ci ildə anadan olub və 25 yaşındadır. Onun son vəzifəsi – Qırğızıstan Respublikası Baş Prokurorluğunda mütəxəssis vəzifəsində olub.
Məlum olduğu kimi, Qırğızıstanda 30 noyabr tarixində növbədənkənar parlament seçkiləri keçirilib. Seçici siyahısında ümumilikdə 4.294.243 vətəndaş qeydə alınıb. Ölkə üzrə 2.492 seçki məntəqəsi açılıb.
Seçkilərin nəticələri 14 dekabr tarixinə qədər hesablanacaq və rəsmi olaraq elan ediləcək.
Qeyd edək ki, Azərbaycan Parlamentində deputatların bir çoxu yaşı yetmişdən yuxarı olanlardır.
Milli Məclisin ən yaşlı deputatı isə Ziyad Səmədzadədir – 85 yaşında. Ən gənc deputatımız isə 30 yaşlı Mahir Süleymanlıdır.
Y.Məmmədli