Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 May 2025 / 11:15

Qiymətlərin bahalığı, prosedur qaydaları körfəz ölkələrindən gələn turistləri də ölkəmizdən perik saldı…

2025-ci ilin ilk 4 ayında Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı 3.4 faiz azalıb. Bu müddətdə ölkəmizə Ərəb Dövlətlərindən cəmi 117 min turist gəlib. Bu regiondan gələn turistlərin sayının azalmasında körfəz ölkələri vətəndaşlarının yeni destinasiyalara üstünlük verməsi xüsusi rol oynayıb. Bununla yanaşı, bir sıra prosedur qaydaları, turizm xidmətlərinin qiymətlərinin hələ də yüksək olması körfəz dövlətlərindən gələnlərin sayına təsirsiz ötüşməyib.

TEZADLAR.AZ  xəbər verir ki, bunu deputat, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən qeyd edib ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox turist gəlib.

“Gələnlərin 24,2 faizi Rusiya, 18,0 faizi Türkiyə, 11,0 faizi Hindistan, 9,0 faizi İran, 4,7 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi İsrail, hər birindən 1,8 faiz olmaqla Özbəkistan və Çin, 1,5 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, 1,1 faizi Küveyt, 1,0 faizi Belarus, 11,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,8 dəfə, Tacikistandan – 2,0 dəfə, Çindən – 1,7 dəfə, İordaniyadan – 45,6 faiz, Hindistandan – 32,9 faiz, Qırğızıstandan – 32,1 faiz, İspaniyadan – 28,8 faiz, Yaponiyadan – 26,7 faiz, Pakistandan – 22,5 faiz, ABŞ-dan – 20,2 faiz, Qazaxıstandan – 17,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 16,6 faiz, Kanadadan – 15,5 faiz, Niderlanddan – 10,7 faiz, İtaliya və Misirdən – 10,0 faiz artmışdır.
Bu müddətdə körfəz dövlətləri ilə yanaşı, MDB ölkələrindən də gələnlərin sayında azalma qeydə alınıb. Bu birlikdən gələnlərin sayı 9.2 faiz azalıb. Avropa İttifaqından gələnlərin sayında isə cüzi artım qeydə alnıb: 1.8 %.
Göründüyü kimi, Azərbaycanda gəlmə turizm üçün vacib destinasiyalardan olan Körfəz dövlətlərindən və MDB ölkələrindən gələnlərin sayında azalma qeydə alınıb. Bu turizm sektorunun inkişafında yeni çağrışları daha da aktuallaşdırır”, – deyə vurğulayıb.
Bir daha xatırladaq ki, 4 milyonadək əhalisi olan Gürcüstana turist cəlbetmə ilə bağlı biz hələ də uduzuruuq.

 2024-cü ildə Gürcüstan  təxminən 7,4 milyon beynəlxalq səyahətçi qəbul edib ki, bunun da 5,1 milyonu turist olub.

Bu barədə Gürcüsatanın Milli Turizm Administrasiyasının bəyanatında deyilir.
2024-cü ildə Gürcüstanın turizm gəlirləri rekord səviyyəyə qalxaraq 4,4 milyard dollar təşkil edib. Ötən il beynəlxalq səyahətçilərin Gürcüstana səfərlərinin sayı 2023-cü illə müqayisədə 4,2% artıb.

Gürcüstan hökuməti 2028-ci ilə qədər ölkənin turizmdən illik gəlirinin 6,4 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!