Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Cinayətkar yeniyetmə ilə Discord oyun platforması vasitəsilə tanış olub
ABŞ-da bir kişi 17 yaşlı qızı parçalayaraq bədəninin qalıqlarını meşəyə səpələyib.
Tezadlar.az “The New York Post” qəzetinə istinadən xəbər verir.
Heyli Buzbi 5 yanvarda İndiana ştatının Fişers şəhərindəki evinin yaxınlığında itkin düşüb. Onun parçalanmış qalıqları təxminən bir ay sonra Ohayo ştatının meşəlik ərazisində tapılıb.
Qətldə şübhəli bilinən şəxs həbs edilib və yeniyetmə ilə Discord oyun platforması vasitəsilə tanış olan 39 yaşlı Tayler Tomas kimi müəyyən edilib. Təxminən bir il ərzində məktəbli qız və kişi intim mesajlar və şəkillər mübadiləsi aparıblar.
6 yanvar gecəsi kişi qızı evindən götürmək üçün təxminən 257 kilometr yol qət edib. Daha sonra qızı kirayə evə aparıb. Telefonundakı məlumatlar onun təbiət qoruğuna getdiyini və orada qızın qalıqlarının tapıldığını göstərib.
Qətldən sonra Tomas telefonundan Kolumbusdakı evində və kirayə evində çəkilmiş mesajları və şəkilləri silib. Müstəntiqlər evdə qan izləri, qurbanın şəkilləri və elektron cihazlarında başqa bir məktəbli qızla mesajlar tapıblar.
Kişi yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə cinsi əlaqəyə açıq materiallar yaymaqda və dəlilləri məhv etməkdə ittiham olunub. Dindirmə zamanı o, qətli etiraf edib, baxmayaraq ki, əvvəllər Heylinin “təhlükəsiz” olduğunu iddia edib.
E.ŞİRİNOV