17 Aprel 2026 / 10:02

“Qızıl adam” Türkiyədə ələ keçdi, Bakıya gətirilir…-TƏCİLİ

Bu da son: qızıl qaçaqmalçılığında şübhəli bilinən və İnterpola üzv 196 ölkədə axtarışa verilən Azərbaycan vətəndaşı İnqilab Babayev, nəhayət, Türkiyədə ələ keçdi. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, Babayev İstanbulun mərkəzində yerləşən “Eyupsultan” ərazisindəki bir evdə saxlanılıb. O, ailəsi ilə görüşmək üçün başqa ölkədən İstanbula gəlir, amma deyilənə görə, qonşulardan kimsə bu barədə polisə məlumat verir və İstanbul Polis İdarəsinin əməkdaşları onu həbs edir.

QEYD: 38 yaşlı İ.Babayev 2024-cü ildə İstanbul Hava Limanında üzə çıxan qızıl qaçaqmalçılığı şəbəkəsinin rəhbəri olub. Həmin vaxt polis şübhələndiyi iki təhlükəsizlik əməkdaşını yoxlayıb. Aparılan axtarış nəticəsində onların bel hissəsində gizlədilmiş 16 kiloqram ağırlığında 32 külçə qızıl aşkarlanmışdı. Dubaydan gətirildiyi müəyyən edilən qızıllarla bağlı aparılan istintaq çərçivəsində 7 nəfər saxlanılmışdı. Hadisənin təşkilatçısı olduğu müəyyən edilən və İnterpol tərəfindən axtarılan İnqilab Babayev isə hadisədən sonra gizlənməyi bacarmışdı. Polis tərəfindən saxlanılan İ.Babayev barəsində İstanbul məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Türkiyə mətbuatı hazırda onu “Qızıl adam” ləqəbi ilə təqdim edir. Amma məlum oldu ki, “qızıl adam” polisə təslim edildi…

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!