Əsas məzmuna keç

Qızlardan ibarət cüdo millisi psixoloji dəstək aldı

Azərbaycanın cüdo üzrə yeniyetmə qızlardan ibarət millisinin üzvləri üçün art-terapiya seminarı təşkil olunub.

Tezadlar.az xəbər verir ki, məşğələnin əsas məqsədi cüdoçuların emosional dayanıqlığını gücləndirmək, stress səviyyəsini azaltmaq və onların psixoloji rifahını dəstəkləməkdir.

Bu təşəbbüs yığmada sağlam psixoloji mühitin formalaşdırılması və uzunmüddətli idman uğurlarının təmin edilməsi istiqamətində atılan vacib addımlardan biridir.

Gələcəkdə də yeniyetmə idmançıların psixoloji hazırlığına yönəlmiş oxşar fəaliyyətlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…