Əsas məzmuna keç

QOBU QƏSƏBƏSİNDƏ QANUNSUZ İNŞA OLUNAN TİKİLİ SÖKÜLÜB

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq, respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-in mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.

Qanunsuz inşa olunan tikili FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində sökülüb.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…