Əsas məzmuna keç

“Qolu qandallı müxalifət liderləri və jurnalistlər! Hara gedirsən Gürcüstan?”

“Gürcüstanın Avropa gələcəyi təhlükə altındadır, bu, Avropa İttifaqı xarici işlər nazirlərinin bugünkü görüşündə bir daha qeyd olundu”. Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, bu sözləri Almaniyanın Gürcüstandakı səfiri Piter Fişer sosial şəbəkə hesabında qeyd edib.Sitat: “Mən gürcüyəm, həm də avropalıyam. Lakin Gürcüstanın Avropa gələcəyi təhlükə altındadır. Bu fikir bu gün Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə səsləndirildi. Müxalifət liderləri qandallı, qeyri-hökumət təşkilatları hücum altındadır, jurnalistlər həbsdədir. Hara gedirsən, Gürcüstan?”.

Piter Fişer Gürcüstan hakimiyyətini bəzi reallıqlara və beynəlxalq dəyərlərə münasibətdə təmkinli olmağa səsləyib.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…