Sentyabrın 2-də Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən qondarma rejimin “Xarici İşlər Nazirliyi”nin binasının söküntüsünə başlanılıb. Tezadlar.az AzərTAC-a istinadla xəbər verir ki, binanın söküntü işlərinə məhz bu gün başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz sentyabrın 2-si tarixi Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi qeyd edilirdi.
Şər yuvası olan bu binanın ağaları isə hazırda Bakıda məhkəmə qarşısında bağışlanmalarını istəyirlər…
A.Məmmədli