Əsas məzmuna keç

QORLOVKADA USQ-NİN ATƏŞİ NƏTİCƏSİNDƏ BİR UŞAQ YARALANIB

Ukrayna ordusu Qorlovka DXR-nin mərkəzinə zərbə endirib, bir uşaq yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə şəhər dairəsinin rəhbəri İvan Prixodko məlumat verib.

“Ukraynanın silahlı təcavüzü nəticəsində Qorlovkanın mərkəzində bir uşaq yaralanıb”, – Prixodko Telegram kanalında yazıb.

Aydınlıq gətirib ki, bu, artilleriya atəşi olub.

Ukraynanın Müharibə Cinayətləri ilə bağlı Məsələlərin Birgə Nəzarət və Koordinasiya Mərkəzindəki DXR nümayəndəliyinin məlumatına görə, Ukrayna ordusu günün əvvəlindən Qorlovkanı üç dəfə atəşə tutub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…