Tanınmamış Dağlıq Qarabağ Ordusunun keçmiş komandanı Mikael Arzumanyan üç il həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Facebook-da generalın vəkili general Yerem Sarkisyan bildirib.
O, Arzumanyanın məhkəməyəqədər həbsinin dəyişdirilməsi qərarının Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Vardges Sarkisyan tərəfindən verildiyini aydınlaşdırıb.
General-leytenant Arzumanyan 2020-ci ilin oktyabrından 2021-ci ilin sentyabrına qondarma Dağlıq Qarabağ Respublikasının ordusunun komandanı vəzifəsində çalışıb. Bir il sonra o, Ermənistanda həbs edilib və nəzarətə götürülüb. O, səhlənkarlıqda ittiham olunub və nəticədə, 2020-ci ilin noyabrında Azərbaycan qüvvələri ilə döyüşlər zamanı Ermənistan silahlı qüvvələri Şuşa şəhəri üzərində nəzarəti itirib.
E.ŞİRİNOV







